Separatçılar sabah “Laçın” postuna hücuma hazırlaşırlar: həlledici günbackend

Separatçılar sabah “Laçın” postuna hücuma hazırlaşırlar: həlledici gün

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Seperatçılar növbəti günü özləri üçün həlledici adlandırırlar.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzetində yayımlanan məqalədə bildirilir.

Söhbət separatçıların sabah planlaşdırdıqları “aksiya”sından gedir. Belə ki, separatçılar dinc yürüş adı altında “Laçın” sərhəd buraxılış məntəqəsinə hücum planlaşdırırlar.

Sözügedən təxribatın təşkilatçısı Artur Osipov, dəstəkçisi isə separatçı Samvel Babayandır. Samvel Babayanın Araik Arutyunyanla yaxşı münasibətləri olduğuna diqqət çəkilir.

Qeyd edək ki, ermənilər sabahkı “aksiya” ilə yeni təxribat törədərək bölgədə gərginlik yaratmaq və bununla da dünya ictimaiyyətinin nəzərində məzlum obrazı formalaşdırmaq niyyəti güdürlər.