Separatçılar Volkovu təkzib etdilər: “Laçın dəhlizində…”backend

Separatçılar Volkovu təkzib etdilər: “Laçın dəhlizində…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkovun Laçın yolunda Azərbaycan gömrükçülərinin iştirakı və xüsusi avadanlıqlarla təchiz olunmaqla post yaradılacağı haqda dedikləri erməni separatçıları arasında təşvişə səbəb olub.

Qeyd edək ki, Volkov bunu Azərbaycan TV-lərinə açıqlamasında bildirmişdi.

Erməni separatçıları isə bildiriblər ki, bu gün mediada və sosial şəbəkələrdə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin rəhbəri Andrey Volkovun müsahibəsi yayılıb və bunun əsasında Qarabağı Ermənistanla birləşdirən dəhlizdə Azərbaycan postunun quraşdırılacağı qənaətinə gəlinib.

Bildirilir ki, qondarma qurumun oyuncaq “milli təhlükəsizlik xidməti” bu məsələ ilə bağlı məlumat yayıb:

WhatsApp Image 2022-12-05 at 20.42.57.jpeg (147 KB)

“Volkovla müzakirələr aparıb və o, dəhlizdə heç bir nəzarət-buraxılış məntəqəsinin olmayacağını, ora azərbaycanlıların nəzarət etməyəcəyini və orada azərbaycanlıların olmayacağını bildirib”.

Daha sonra deyilir:

“A.Volkovun sözlərinə görə, yalnız sülhməramlıların işini asanlaşdırmaq üçün texniki nəzarət cihazlarının quraşdırılması nəzərdə tutulur. Yaxın vaxtlarda Rusiyanın Artsaxdakı sülhməramlı missiyasının rəhbərliyi bununla bağlı müvafiq bəyanatla çıxış edəcək”.

A.Volkovun mediaya dediklərini xatırladaq:

WhatsApp Image 2022-12-05 at 20.43.26.jpeg (151 KB)

“Azərbaycan tərəfi ilə razılaşdırmışıq ki, mini gömrük postu quraşdıraq. Bizim girişdəki postlarımıza müasir avadanlıq gətirək. Bizim bugünə kimi yoxlanış üçün texniki vasitələrimiz yox idi. Əsgərlərimiz gətirilən yük bağlamalarına açıb baxırlar, amma hansısa yükün altında nələrsə keçirə bilərlər”.

“Əgər tam yoxlanış üçün avadanlıq yoxdursa, təhlükəsizliyin tam təmini haqda nə dərəcədə danışmaq olar” sualını rusiyalı general “Biz post qoyacağıq, bütün bunları yoxlayacağıq. Və mən düşünürəm ki, işin effektivliyi və bura hansısa qadağan edilmiş yüklərin daşınmamasının qarantiyası təmin ediləcək”,- deyərək cavablandırıb.

Hər halda separatçıların iddiasından sonra Volkovun reaksiyasına, izahatına ehtiyac var, oyunbazlıq vaxtı deyil!

Musavat.com