Yaxın günlərdə təkcə Ermənistan Müdafiə Nazirliyində yox, həm də qondarma rejimin tərkibində dəyişikliklərin edilməsi gözlənilir.
Editor.az erməni mətbuatına istinadən xəbər verir ki, separatçıların müdafiə ordusunun komandiri “general-leytenant” Mikayel Arzumanyan istefa vermək niyyətindədir. O nə qondarma rejimin nümayəndələri, nə də Ermənistan rəhbərliyi ilə işləmək istəyir.
Erməni mənbələrində qeyd edilir ki, Baş nazir Nikol Paşinyan komandası Arzumanyanın vəzifəsindən imtina etməsini istəmir, bunun üçün də onu Ermənistan müdafiə sektorunda hər hansı bir vəzifəyə razı salmağa çalışırlar. Lakin Arzumanyan bu cür “dəyişikliyə” qəti şəkildə qarşıdır.
Bildirək ki, Arzumanyanın istefasından sonra onun yerinə kimin seçiləcəyi ilə bağlı hələ qəti bir qərar yoxdur, çünki qondarma rejim bu gün kadr problemi yaşayır.

