Separatçıların rəhbəri kilsənin ümidinə qalıbbackend

Separatçıların rəhbəri kilsənin ümidinə qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özünü qondarma Dağlıq Qarabağın “prezident”i kimi təqdim edən Araik Arutyunyan uduzduqları döyüşlərə əsgər toplamaq üçün ermənilərə videomüraciət ünvanlayıb.

Editor.az xəbər verir ki, müharibə ilə bağlı Ermənistan vətəndaşlarının ruh düşkünlüyünü açıq-aşkar etiraf edən separatçıların “rəhbər”i qələbə üçün duaya ehtiyacları olduğunu deyib.

“Bütün kilsələrin əsgərlər üçün dua etmələrini istəyirəm. Səhər yuxudan duran hər bir erməni qələbə üçün dua etməlidir”, – A. Arutyunyan qeyd edib.

O, “vətəndaşları” imkan daxilində cəbhəyə getməyə və bu qərardan geri dönməməyə çağırıb:

“Sizi təmas xəttində gözləyirlər. Gəlin vətənpərvərlik borcumuzu şərəflə yerinə yetirək”.