Separatçıların “U” dönüşü: “Onların başqa yolu yoxdur”-Millət vəkilindən ŞƏRHbackend

Separatçıların “U” dönüşü: “Onların başqa yolu yoxdur”-Millət vəkilindən ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qondarma qurumun rəhbərliyinin verdiyi bəyanatlardan aydın olur ki, artıq onlar reallıqla razılaşmaq istəyirlər. Yalançı problemləri şişirdərək BMT səviyyəsinə qaldırmaqlarına baxmayaraq ciddi nəticə əldə edilmədi və bir daha ifşa olundular”.

Bu fikirləri Editor.az-a Milli Məclisin deputatı Arzu Nağıyev Xankəndidəki qondarma rejimin başçısı Arayik Arutyunyanın mətbuat katibi Lusine Avanesyanın Qarabağ separatçılarının Ağdam-Xankəndi yolunun açılması təklifini öz aralarında müzakirə etmələri ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, bu gün artıq Qarabağdakı qondarma qurumun rəhbəri Arayik Artunyan və digərlərinin verdiyi bəyanatlar bir daha göstərir ki, onlar reallıqla razılaşırlar:

“Çünki alternativ yol Ağdam-Xankəndi yoludur. Hər bir yük Azərbaycan ərazisinə daxil olduqda mütləq şəkildə Azərbaycan qanunlarına uyğun olaraq bütün prosedurlardan keçməlidir. Erməni separatçıları arasında məsələ ilə bağlı narazılıqlar da var. Azərbaycan tərəfi ilə müvafiq danışıqlar aparmaq üçün masa arxasında sənədləri imzalamaq və Azərbaycan bayrağı altında konstitusiyaya uyğun şəkildə hərəkət etməli olacaqlar. Əgər bu baş tutmasa, sonu məcburetmə prosesinə keçə bilər. Separatçılar girov saxladıqları erməni sakinlərini də başa salmalıdırlar ki, onların başqa yolu yoxdur. Həmin əhalinin ərazini tərk etmək iqtidarında olduqlarını da görürük. Artıq bu proses də başlayıb. Hər kəsə aydın olmalıdır ki, suveren dövlətin tərkibində ikinci bir ölkənin yaranmasına imkan verilməyəcək “.

//Safura Bənnayeva, Editor.az