Serbiya da Avropa İttifaqına (Aİ) doğru gedirbackend

Serbiya da Avropa İttifaqına (Aİ) doğru gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiya prezidenti Aleksandr Vuçiç Avropa Komissiyasının (AK) respublika üzrə 2024-cü il üçün hesabatını aldıqdan sonra ölkəsinin Kosovo probleminin həllinə fərqli baxışı olduğunu bildirib.

Bununla belə, o əlavə edib ki, Serbiya kompromis axtarmaqda davam edəcək. Vuçiçin sözlərinə görə, 2027-ci ilə qədər ölkə Avropa İttifaqına üzvlük üçün bütün islahat tələblərini yerinə yetirməlidir. “Biz Avropa yolundayıq, Aİ bizim ən böyük xarici ticarət tərəfdaşımızdır, üzv olub-olmamağımızdan asılı olmayaraq, 2027-ci ilə qədər böyümə və islahatlar gündəliyi ilə bağlı bütün öhdəlikləri yerinə yetirməyi qarşımıza məqsəd qoymuşuq”.

Editor.az xəbər verir ki, Serbiya prezidenti bu barədə Aİ-nin ölkədəki daimi nümayəndə heyətinin rəhbəri Emmanuel Coffri ilə görüşündən sonra bildirib. Aleksandr Vuçiç əlavə edib ki, hesabatda Kosovo məsələsi ilə yanaşı, Aİ-nin Serbiyanın xarici siyasətinə dair fikirləri də əks olunub. Belə ki, Serbiya indiyə qədər Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib.

//Samir Qurbanov, Editor.az