“Serbiya hər zaman Azərbaycanın yürütdüyü siyasəti dəstəkləyib” – POLİTOLOQ ŞƏRH ETDİbackend

“Serbiya hər zaman Azərbaycanın yürütdüyü siyasəti dəstəkləyib” – POLİTOLOQ ŞƏRH ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri yüksək səviyyədə baş tutdu”.

Bu sözləri Editor.az-a ölkə başçısı İlham Əliyevin Serbiya səfərindən danışarkən Elşad Həsənov deyib.

Politoloq bildirib ki, Prezident İlham Əliyevin Serbiyaya səfəri zamanı Bolqarıstana ötürülən interkorrektorun açılışında iştirak etməsi ölkəmizə verilən dəyərin göstəricisidir:

“Serbiya lideri İlham Əliyevi səmimi qarşılayaraq səfərdən məmnunluq duyduğunu və hər zaman Azərbaycanı dəstəklədiyini bildirib. İki ölkə arasındakı münasibətlər hər zaman artan xətlə inkişaf etməyə davam edir. Bu baxımdan da ölkə liderlərinin qarşılıqlı rəsmi səfərləri mühüm əhəmiyyətə malikdir.

Serbiya hər zaman Azərbaycanın yürütdüyü siyasəti dəstəkləyib və Azərbaycan Prezidenti İlham Əliyevi dünyanın ən qüdrətli siyasətçilərindən biri kimi qiymətləndirir”.

//Səbinə Hüseynli, Editor.az