Serbiya Kosovonun müstəqilliyini tanımayacaqbackend

Serbiya Kosovonun müstəqilliyini tanımayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiya hətta uzaq perspektivdə belə, Kosovonun müstəqilliyini tanımayacaq.

Editor.az xəbər verir ki, müvafiq bəyanatla Serbiya prezidenti Aleksandr Vuçiç Aİ, Almaniya və Fransa nümayəndələri ilə görüşündə deyib. Vuçiç daha əvvəl bildirmişdi ki, 2022-ci ilin iyununda Avropa İttifaqı serbiyadan açıq və sərt şəkildə Serbiyanın Kosovonu tanımasını tələb edib. Onun sözlərinə görə, bu, Belqradın Aİ-yə üzv ölkələrin sırasına mümkün qəbulu üçün şərtlərdən biridir.

Lakin serb xalqı çətin ki, hətta uzunmüddətli perspektivdə belə qərara razı olsun. O, Kosovonu müstəqil dövlət deyil, Serbiya ərazisinin bir hissəsi hesab etdiyini vurğulayıb. Eyni zamanda, Vuçiç münasibətləri yaxşılaşdırmaq üçün Kosovo ilə danışıqlara hazır olduğunu da bildirib. Lakin bu, heç də Belqradın Priştinanın müstəqilliyinin tanınması demək deyil.

 //Samir, Editor.az