Serbiya prezidenti Aleksandr Vuçiç iddia edib ki, Kosovonun baş naziri Albin Kurti ölkəsini NATO-ya qarşı qoymaq istəyir.
Mayın 26-da Kosovonun şimalında serblərin cəmləşdiyi Zveçan, Zubin Potok və Leposaviç bələdiyyələrində aprelin 23-də keçirilən yerli seçkilərdə qalib gələn alban merlərinin seçilməsinə Kosovo serbləri etiraz ediblər. Alban merlərini qorumaq üçün bölgəyə göndərilən Kosovo polisi ilə Kosovo serbləri arasında qarşıdurma olub.Kosovo polisi müxtəlif səbəblərdən 10-a yaxın kosovo serbini saxlasa da, Serbiya bu şəxslərin tez bir zamanda sərbəst buraxılmasını tələb edib.
İki ölkə arasında zaman-zaman üz-üzə gələn gərginliyin əsas səbəbi Serbiyanın 2008-ci ildə birtərəfli müstəqilliyini elan edən Kosovonu öz ərazisi kimi görməsi ilə ifadə edilir.
2011-ci ildə Aİ vasitəçiliyi ilə başladılan Belqrad-Priştina Dialoq Prosesi çərçivəsində münasibətlərin normallaşması və son nəticədə iki ölkənin bir-birini tanıması üçün ortaq yol tapılması üçün səylər göstərilir.
//Gülnarə Abasova, Editor.az

