Serbiya prezidenti Aleksandr Vuçiç Yaxın Şərqdə hərbi münaqişələrin dünya müharibəsi səviyyəsinə çatacağını bildirib.
Editor.az xəbər verir ki, Serbiya lideri Vuçiç Tanjuq agentliyinin canlı yayımında verdiyi açıqlamada regional güclərin İsrailin zəif nöqtəsini görərək öz vaxtını gözlədiklərini bildirib.
O, Qəzza zolağında baş verən qarşıdurmanın bütün dünyada, xüsusən də müsəlmanlar və yəhudilər arasında həyəcan yaratdığını, bütün diqqətin həmin bölgəyə yönəldiyini deyib:
“Bütün bunlar dayansa və atəşkəs imzalansa belə bütün regional güclər bir az da güclənəcəkləri anı gözləyirlər. Çünki bu dəfə İsrailin yenilməz olmadığını gördülər. İsrail problemləri yaxın gələcəkdə özünü təhlükəyə atmayacaq şəkildə həll etməyə çalışır ki, bu da məncə son dərəcə çətindir. Hər kəs Yaxın Şərqin ən böyük gücünün zəif nöqtəsini görüb və əminəm ki, işlər bu qədər asan yekunlaşmayacaq”.
Vucic davam etdi: “İnsanlar deyəcəklər ki, çoxlu regional münaqişələr var, lakin bu, dünya müharibəsi deyil. Amma indi buna daha da yaxınlaşırıq. Bu, əvvəllər də olub və bəziləri artıq Birinci Dünya Müharibəsi, bəziləri isə İkinci Dünya Müharibəsi ilə paralellər aparır. Birinci ilə ikinci arasında fərqlər var, lakin bir çox oxşarlıqlar da var. Əgər daha bir regional münaqişə başlasa, oradakı tərəflər yenə eyni olacaq”.
//Gülnarə Abasova, Editor.az

