Serbiya parlamenti binasının qarşısında atışma olubbackend

Serbiya parlamenti binasının qarşısında atışma olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naməlum silahlı şəxs Belqradda Serbiya parlamentinin binası qarşısında atəş açıb. Hadisə müxalifətçilərin qurduğu çadır şəhərciyində baş verib. Yerli Blic nəşrinin məlumatına görə, bir nəfər xəsarət alıb və yanğın baş verib.

Serbiya prezidenti Aleksandar Vuçiç hadisəni terror aktı adlandırıb.
Sosial şəbəkələrdə yayılan atışma yerindən görüntülərdə düşərgədəki çadırdan çıxan bir adam görünür. O, zədə səbəbindən bir ayağı üstə hoppanır. Polis əməkdaşları çadıra yaxınlaşaraq silahlarını çadıra doğru yönəldirlər. Qısa müddət sonra çadırlarda yanğın başlayır. Teleqraf.com xəbər verir ki, atəş açan şəxs qaz balonunu vurub. Polis silahlı şəxsi saxlayıb.

Qeyd edək ki, həmin vaxt parlamentdə Serbiya prezidentinin də iştirak etdiyi bağ evlərinin paylanması üzrə müqavilənin imzalanması mərasimi keçirilib. Vuçiç tədbiri tərk etmək məcburiyyətində qalıb.

//Samir Qurbanov, Editor.az