Serbiya: “Rusiyaya qarşı sanksiyalar tətbiq etmək mümkün deyil”backend

Serbiya: “Rusiyaya qarşı sanksiyalar tətbiq etmək mümkün deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiyanın gələcək hökuməti Kosovonun və Metoxiyanın müstəqilliyini tanımayacaq və Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək.

Editor.az bu barədə ölkədə baş nazirliyə namizəd Miloş Vuçeviçə istinadən məlumat yayıb. Serbiyanın Müdafiə Nazirliyinin rəhbəri, Serbiyanın baş nazirliyinə namizəd Vuçeviç parlament üzvləri ilə söhbəti zamanı bununla bağlı açıqlama verib. Vuçeviçin fikrincə, kollektiv təhqir əsasında ölkənin rifahını və vətəndaşları üçün daha yaxşı gələcək qurmaq mümkün deyil. O, fikrini açıqlayaraq izah edib ki, söhbət Kosovonun və Metoxiyanın müstəqilliyinin tanınmasından və Serbiyanın Rusiya Federasiyasına qarşı sanksiyaların birləşdirilməsindən gedir və bu, onun nöqteyi-nəzərindən qəbuledilməzdir. “Bütün bunlara Serbiyanın cavabı xalqımızın böyük tarixi təcrübəsinə əsaslanmalıdır. Bu, bizə öyrədir ki, böyük və güclülər bəzən bizi məğlub edə bilər, lakin onlar bizi alçalda bilməzlər. Biz ancaq özümüzü alçalda bilərik və bunu heç vaxt etməyəcəyik”,- Vuçeviç bildirib.

Bundan əlavə, baş nazirliyə namizəd bəyan edib ki, onun təyinatından sonra respublika Rusiya ilə dostluq münasibətlərini davam etdirəcək və buna maneə yaratmayacaq.

//Gülnarə Abasova, Editor.az