Serbiya təzyiqlərə baxmayaraq Rusiyaya birbaşa uçuşları ləğv etməyəcəyini bildiribbackend

Serbiya təzyiqlərə baxmayaraq Rusiyaya birbaşa uçuşları ləğv etməyəcəyini bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiya Belqradın Moskva ilə əməkdaşlığına görə Qərbin təzyiqlərinə baxmayaraq Rusiyaya birbaşa uçuşları ləğv etməyəcək.

Editor.az xəbər verir ki, bunu müsahibəsində Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin deyib. O, Serbiya ilə Rusiya arasında həyata keçirilən hər cür fəaliyyətin Qərb dövlətlərinin təzyiqi altında olduğunu bildirib. “Xeyr, biz Rusiyaya qarşı heç bir sanksiya tətbiq etməyəcəyik. Və təbii ki, iqtisadi əməkdaşlığımızla bağlı siyasətimizi dəyişməyəcəyik və Moskvaya uçuşlar iqtisadi qarşılıqlı fəaliyyətimizin bir hissəsidir”, – o deyib.

Serbiyanın baş naziri onu da bildirib ki, gələcəkdə uçuşların sayının azalacağını və ya artacağını bilməsə də, onların mütləq dayanmayacağına əmindir.

//Gülnarə Abasova, Editor.az