Serbiyada Azərbaycan siyasi oyuna çəkiləcəkdi – VİDEO – FOTObackend

Serbiyada Azərbaycan siyasi oyuna çəkiləcəkdi – VİDEO – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DÇ-2022-nin seçmə mərhələsində Serbiyanın paytaxtı Belqraddakı “Rayko Mitiç” stadionu Azərbaycanın da “iştirak”ı ilə böyük siyasi oyuna səhnə ola bilərdi.

Editor.az bildirir ki, yüzlərlə serb millətçi Serbiya-Azərbaycan matçına yollanaraq “Bləck Live Matters” (BLM) hərəkatı çərçivəsində qaradərililər qarşısında diz çökmə aksiyasına etiraz etməyə hazırlaşmışdılar.

Lakin onları stadiona “Gələn il Prizrendə!” şüarına görə buraxmayıblar.

Prizren şəhəri 2008-ci ildən bəri Serbiya ilə tanınmamış Kosovo Respublikası arasında ərazi mübahisəsinin səbəbidir.

Hazırda Prizren şəhəri kosovarların faktiki nəzarətindədir.