Serbiyada inqilab baş verir?backend

Serbiyada inqilab baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belqrad şəhər administrasiyasının binasını ələ keçirmək cəhdi inqilab deyil, Serbiya hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir.

Editor.az axar.az-a istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç xalqa təcili müraciəti zamanı deyib.

“Sizə demək istəyirəm ki, Serbiya vətəndaşları, səhnələr dramatik olsa da, narahat olmayın. Heç bir inqilab baş vermir, onlar bunun heç birindən yaxa qurtara bilməyəcəklər və biz təsadüfi nümayişçilərin heç birinə zərər verməmək üçün yumşaq reaksiya göstəririk”, – deyə Vuçiç bildirib.

Qeyd edək ki, Belqradda müxalifət tərəfdarları şəhər administrasiyasının binasına daxil olmağa cəhd göstəriblər.