Serbiyada kömür mədənində faciə baş veribbackend

Serbiyada kömür mədənində faciə baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiyanın Aleksinac şəhərindəki Soko kömür mədənində çökmə baş verib.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, hadisə zamanı 8 nəfər həyatını itirib, 20 nəfər isə yaralanıb.Yaralılar dərhal şəhər xəstəxanasına yerləşdirilib. Xəstəxananın sözçüsü Qoran Vidiç hadisə ilə əlaqədar olaraq bütün əməliyyatların təxirə salındığını bildirib. O qeyd edib ki, bütün gücümüzü bu hadisədə yaralananların sağaldılmasına yönəltmişik.

Serbiyanın Tikinti, Nəqliyyat və İnfrastruktur naziri Zoran Mixayloviç hadisədən dərhal sonra vəfat edənlərin və yaralananların ailə üzvlərini ziyarət edib. Ziyarət əsnasında nazir  hadisənin təfərrüatları ilə bağlı geniş araşdırmaların başladığını bildirib. Mixayloviç hadisənin səbəbinin qısa zamanda aşkarlanacağına söz verib.

//Editor.az