Serbiyada terror təhlükəsinin “qırmızı” səviyyəsi elan edildibackend

Serbiyada terror təhlükəsinin “qırmızı” səviyyəsi elan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 29-u İsrailin Serbiyanın paytaxtı Belqraddakı səfirliyi qarşısında terror aktı törədiləndən sonra bu ölkədə terror təhlükəsinin “qırmızı” səviyyəsi tətbiq edilib.

Bu barədə Serbiyanın daxili işlər naziri İvitsa Daçiç bəyanat yayıb.

O, Serbiya vətəndaşlarına müraciət edərək qeyd edib ki, insanlar təkcə səfirliklərin qarşısında və dövlət idarələrində deyil, həm də insanların çox olduğu ticarət mərkəzlərində və digər yerlərdə çoxlu sayda polislərin olmasından narahat olmamalıdırlar.

Xatırladaq ki, iyunun 29-da İsrailin Serbiyanın paytaxtı Belqraddakı səfirliyi qarşısında terror aktı törədilib. 1999-cu il təvəllüdlü Miloş Juyoviç adlı gənc səfirlikdə xidmətdə olan serb jandarmını arbaletlə güllələyib. O, cavab atəşi ilə zərərsizləşdirilib.

Serbiyanın daxili işlər naziri İvitsa Daçiçin sözlərinə görə, M.Juyoviç radikal islam hərəkatına mənsub olub və sonradan adını Salahuddin olaraq dəyişdirib.

Oxu.az