Serbiyanın paytaxtı Belqradda yenidən yerli seçkilər keçiriləcəkbackend

Serbiyanın paytaxtı Belqradda yenidən yerli seçkilər keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

17 dekabr 2023-cü ildə keçiriləcək növbədənkənar yerli seçkilərdən sonra Belqrad Bələdiyyəsində səs çoxluğu əldə oluna bilmədiyi üçün Belqradda yerli seçkilərin yenidən keçiriləcəyi bildirilib.

Editor.az xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç deyib.

Vuçiç xalqa müraciətində Belqradda yenidən keçiriləcək yerli seçkilərin planlaşdırılan tarixinin 2 iyun olduğunu və bu seçkilərdə Serb Tərəqqi Partiyasının namizədinin Aleksandr Sapiç olacağını bildirib. Serbiya prezidenti onu da əlavə edib ki, SNS-nin rəhbərlik etdiyi alyans bir neçə gün ərzində yeni hökumətdə iştirak edəcək şəxslərin adlarını açıqlayacaq.

//Gülnarə Abasova, Editor.az