Sərdar Cəlaloğlu: “Kəmaləddindən pul alıb mənə qarşı çıxır“backend

Sərdar Cəlaloğlu: “Kəmaləddindən pul alıb mənə qarşı çıxır“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu sensasiyalı açıqlama ilə çıxış edib.

Editor.az xəbər verir ki, partiya sədri cebhe.info-ya açıqlamasında bəzi müxalifət nümayəndələrinin vəzifələrinin məmurları müdafiə etməkdən ibarət olduğunu vurğulayıb:

“Azərbaycanda müxalifət adında ayrı-ayrı adamların yaratdığı qruplar var ki, onların vəzifəsi bizə qarşı mübarizə aparmaqdır. Biz hansısa nazirə, siyasətə qarşı çıxırıqsa, onlar da dolayısı yolla həmin məmuru müdafiə edirlər. Hər kəs də elə bilir ki, onlar müxalifətdir. Müxalifətdə kimsə Kəmaləddin Heydərovdan, başqası başqa məmurdan maliyyələşir, bizə qarşı çıxır”.

Siyasətçi vurğulayıb ki, hökumətə yaltaqlanmaq üçün də müxalifətə hücum edən qüvvələr var:

“Digər kateqoriyada isə anlamayanlar var. Məsələn, bilirəm ki, bu adam mənim tutduğum yolu anlamır. Məcbur olur deyir ki, o, müxalifət deyil, satılıb. Amma sonda böyük əksəriyyəti mən dediyimə gəlib çıxır. Uzun illərdir mənim dediklərimi bu gün Azərbaycan müxalifətinin böyük əksəriyyəti qəbul edib və o yolu gedir. Burada qrupları ayırmaq lazımdır. Bəziləri şüurlu şəkildə bilir ki, belə deyil, amma bizi nüfuzdan salmaq üçün təbliğat aparır. Amma bəziləri yanılırlar. İki cür səhv var: əqli və əxlaqi səhv. Əqli səhv odur ki, düşünə bilmirsən ki, düz və səhv haradadır. Əxlaqi səhv isə odur ki, bilirsən düz haradadı, amma öz maraqları üçün düzə səhv deyirsən. Azərbaycanda o adamların içində əxlaqi yanılanlar daha çoxdur”.