İntizamsız davranışlarına görə İstanbul nəhəngi “Beşiktaş” klubu gənc oyunçusu Sərdar Saatçını heyətdən kənarlaşdırıb. Editor.az “sporx” a istinadən xəbər verir ki, “Viktoria Plezen” klubu ilə oyunda heyətə düşə bilməyən Saatçıya Portuqaliya təmsilçisi “Sportin”dən təklif gəldiyi iddia olunur. Artıq Sərdarın meneceri Lissabon təmsilçiləri ilə də görüşüb. Gələcək mövsüm “Beşiktaş”la müqaviləsi sona çatan Saatçı da bu transferə müsbət baxır.
//Nəzərbəy Hacıağayev, Editor.az

