Sərdar Yusifoğlu: “Kulturologiya elimində ekoloji mədəniyyət bölməsi yaradılmalıdır”backend

Sərdar Yusifoğlu: “Kulturologiya elimində ekoloji mədəniyyət bölməsi yaradılmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COP29 çərçivəsində Yaşıl Zonada Milli QHT Forumu Pavilionunda “Qan Donorları Assosiasiyası” İctimai Birliyi “Ekologiyanın insan sağlamlığında rolu” mövzusunda çıxış edənlərdən biri də beylənxalq təhsil üzrə ekspert, eko-fəal Sərdar Yusifoğlu olub.

Editor.az  onun çıxışını sizlərə təqdim edir:

Həqiqətən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası dünyada ən əhəmiyyətli tədbirlərdən biridir. Bu artıq 29-cu konfransdır və 29-cu konfrans Azərbaycanda keçirilir. İlk COP konfransı 1995-ci ildə Berlin şəhərində keçirilmişdi. Azərbaycan rəhbərliyinin, Azərbaycan eko fəallərının ekosistem üçün gördüyü işlərə görə, nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi bugünkü uğurumuzda həlledici rol oynayıb. COP29 Azərbaycanda keçirilir.Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi, Ölkəminizin növbəti uğurudur. Bütün BMT-yə üzv dövlətlər bu tədbirdə yüksək səviyyədə iştirak edir. Müstəqlliyin ilk illərindən Azərbaycan dövləti  ekologiyaya böyük diqqət yetirib. Bu sahədə qanunvericilik bazası  hazırlanıb, təkmilləşdirilmişdir. Ekologiya əlehyinə olan bütün pozuntuların qarşısını alıb. Eko-fəllar da 20 ildən çoxdur dövlətin yanında olaraq bu işdə fəal iştirak edib. 30-40 il bundan əvvəl Bakı şəhərində bu qədər çox ağac yox idi. Bakının iqlimi çox həssasdır. Burada ağacın yetişməsi çox çətindir. Bu gün kifayyət qədər ağac var. Bu da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xidmətlərindən biridir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də hər zaman ekoloji təşəbbüsləri dəstəkləyib. Ümumiyyətlə Azərbaycan dövləti son 30 ildə ekoloji fəaliyyətlə bağlı olan Qeyri Hökumət Təşkilatlarının, digər qurumların təşəbbüslərini dəstəkləmişdir. Ancaq bizim vətəndaşlarımızda bu məsələdə diqqətli olmalıdır. Təkcə bizim vətəndaşlarımız yox. Dünyada yaşayan bütün insanlar diqqətli olmalıdır. Bu tip problemlər dünyanın bütün ölkələrində mövcuddur. Biz plastik əşyaları və digər tulantıları yerə atırıq. Onları yenidən emal müəssisələrinə vermirik. Biz təbiətimizə və uşaqlara ziyan vururuq. Ümumiyyətlə ekoligiyaya və ekoloji məsələlərə həsas yanaşmaq əqli və ruhi mədəniyyətin təcəsümüdür. Biz daim ekologiya ilə bağlı məsələləri gündəmdə saxlamalıyıq. Çünki sağlamlığımızın əsas qayəsi, əsas prinsipləri ekologiyadan keçir.Ekosistemi biz pozarsaq, yaşadığımız regionda da iqlim pozuntuları əmələ gələr. Bəzən ağacların kəsilməsi, yağışların azalmasına səbəb olur. Ağacların çox olması isə daim yağışla təmin olunmağımız deməkdir. Yağışın çox olduğu yerdə yaşıllıq olur, təmizlik olur, çox sayda ağac olur. Ağacların çox olması bizim oksigen qəbul etməyimizin əsasını təşkil edir. Bildiyiniz kimi qloballaşan dünyada avtomobillərin, zavodların çox olması hər saniyə ekologiyamıza zərər vurur. Ancaq bunu azaltmağın yolları da var. COP 29-da və digər iqlimlə bağlı konfranslarda bu məsələlər müzakirə olunur. Ancaq görürük ki, bu müzakirələrin əhəmiyyəti olmur. Biz çalışmalıyıq ki, bu konfrans zamanı müxtəlif xalqlarla ünsiyyətdə olaq, öz proqramlarımız onlara çatdıraq. Bundan əlavə digər ölkələrin təcrübəsindən yararlanmağımız da əhəmiyyətli olardı. Biz görürük ki, tədbirlərdə azərbaycanlılar çoxdur. Onlar pavilyonları ziyarət edir. Vətəndaşlarımız anlayır ki, ekologiyamızın çirklənməsi bizim gələcəyimizi sual altında qoyur. Çalışmalıyıq ki, özümüzü, dünyamızı təmiz saxlayaq. Biz dünyamızı nə qədər təmiz saxlasaq, planetimizin ömürünü də o qədər uzun olar. Planetimizin ömrü sağlam insanların sayəsində uzanacaq. Hər şeyin başında təhsil dayanır. Biz çalışmalıyıq ki, övladlarımıza daha çox təhsil verək. Ekoloji problemlərin bir çoxu təhsilsizlikdən yaranır.  Hər bir vətəndaş ekoloji mədəniyyətini özü formalaşdırsın. Kulturologiya elmində ekoloji mədəniyyət bölməsi yaradılmalıdır. Bu bölmə dərsliklərə salınmalıdır.”-deyə Sərdar Yusifoğlu bildirib.