Rusiya Federasiyasının ən böyük hava limanı Şeremetyevo, Aİ və ABŞ-ın Rusiya aviasiya sənayesinə qarşı sanksiyaları fonunda heyətin bir hissəsini ixtisara salıb.
Bu barədə Editor.az ”İzvestiya”ya istinadən yazır. Nəşrin məlumatına görə, burada söhbət 6-7 min insandan gedir.
“Rusiya aviaşirkətlərinin xaricə və əcnəbilərin Rusiyaya uçuşlarının dayandırılması səbəbindən Şeremetyevdan hava uçuşları fevralın sonundan etibarən kəskin şəkildə azalıb. Hava limanı bütün investisiya layihələrinin dayandırıldığını və daha əvvəl bağlanan E və F” terminallarının sırasına üçüncü terminalın bağlandığını da elan edib” – məlumatda deyilir.
Qeyd olunur ki, Şeremetyevo martın 16-dan öz işçilərini evə göndərib.
Bununla bağlı imzalanan sərəncamda deyilir ki, “işəgötürəndən və işçilərdən asılı olmayan səbəblərə görə və Rusiya Federasiyasına qarşı tətbiq olunan sanksiyalar və hava məkanının bağlanması fonunda “sərnişin axınının kəskin azalması” ilə əlaqədar rəhbərlik bu tədbirə əl atmağa məcbur olub.
“İzvestiya”nın məlumatına görə, söhbət bütün hava limanı işçilərinin təxminən 40%-ndən gedir. Buraya həm ofis, həm də digər işçilər daxildir.
Qeyd edək ki, bundan öncə, iki Rusiya aviaşirkəti – Ural Hava Yolları və Royal Flight da məlum sanksiyalar üzündən anoloji tədbirlərə əl atmışdı.

