Sergen Yalçının istədiyi ilk futbolçu: “Neftçi” üçqat Türkiyə çempionunu transfer edirbackend

Sergen Yalçının istədiyi ilk futbolçu: “Neftçi” üçqat Türkiyə çempionunu transfer edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neftçi”nin yeni baş məşqçisi olacaq Sergen Yalçının ilk transfer edəcəyi futbolçu bəlli olub.

Bu, Türkiyənin tanınmış futbolçularından olan Caner Erkindir.

Belə ki, uzun illər “Beşiktaş”, “Fənərbağça” kimi İstanbul nəhənglərində çıxış etmiş, habelə milli komandasının şərəfini qorumuş 35 yaşlı sol cinah müdafiəçisi ilə bütün detallarda razılıq əldə olunub və qarşıdakı günlərdə rəsmi müqavilə imzalanacaq. Erkinin son klubu Türkiyə Super Liqa təmsilçisi “Başakşehir” olub.

Onu da bildirək ki, gənc yaşlarında Moskva MOİK-ində də çıxış etmiş Caner “Fənərbağça” ilə 2, “Beşiktaş”la 1 dəfə Türkiyə çempionu olub.

Mənbə: sport24.az