Sergey Lavrov Almaniya kanslerini hədələdi: Nürnberq məhkəmə prosesindən dərs çıxarmayıblarbackend

Sergey Lavrov Almaniya kanslerini hədələdi: Nürnberq məhkəmə prosesindən dərs çıxarmayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Almaniya kansleri Fridrix Merts və tərəfdarları Nürnberq məhkəmə prosesindən dərs çıxara bilməyiblər.

Rusiya xarici işlər nazirinin fikrincə, bu laqeydliyin bir nümunəsi Mertsin Almaniya ordusunu Avropanın ən güclü ordusu etmək istəyidir.

Rusiya xarici işlər naziri Birinci Kanala verdiyi müsahibədə “alman həmsöhbətlərinin” mövqeyini izah edib: “Biz Hitlerin etdiyi hər şeyin hesabını çoxdan həll etmişik. Artıq heç kimə borclu deyilik”. Lavrovun sözlərinə görə, bu tendensiya Almaniyada on ildir davam edir.

Daha əvvəl Rusiya xarici işlər naziri Nürnberq məhkəmə proseslərinin əsasını təşkil edən beynəlxalq hüquq normalarının müasir dünyada pozulduğunu bildirmişdi. Sergey Lavrov bir daha vurğulayıb ki, bu, “güclülərin hüququ”nun ləğvinə, eləcə də hər hansı bir münaqişədə gücün qəbuledilməzliyinə və humanitar prinsiplərin pozulmasına aiddir.

//Samir Qurbanov, Editor.az