Rusiya xarici işlər naziri fevralın sonuna kimi Azərbaycana səfər edə bilər.
Editor.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. O qeyd edib ki, hazırda xarici siyasət idarəsi rəhbərinin Bakıya səfəri məsələsi üzərində iş gedir. Zaxarova bildirib ki, səfər razılaşdırıldıqdan sonra Xarici İşlər Nazirliyi məlumat verəcək. Səfərin təfərrüatları açıqlanmayıb.
Qeyd edək ki, yanvarın sonunda Rusiya və Azərbaycan xarici işlər nazirləri arasında telefon danışığı olub. Söhbət zamanı Sergey Lavrov və Ceyhun Bayramov Laçın yolu ətrafındakı vəziyyət və Bakı ilə İrəvan arasında sülh müqaviləsi layihəsi barədə danışıblar.
//Samir Qurbanov, Editor.az

