Sergey Lavrov Ceyhun Bayramova zəng etdibackend

Sergey Lavrov Ceyhun Bayramova zəng etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər naziri Sergey Lavrov Ceyhun Bayramova zəng edib.

 Editor.az bildirir ki, telefon danışığı barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib. Lavrov Azərbaycanın İran paytaxtındakı diplomatik missiyasına təşkil edilmiş terror aktı ilə bağlı Bayramova başsağlığı verib.

Söhbət zamanı Rusiya diplomatiyasının rəhbəri hadisənin daha əvvəl nazirliyin bəyanatında göstərilən xüsusiyyətlərini təsdiqləyib və bunu “qəbuledilməz” adlandırıb. Lavrovun sözlərinə görə, Rusiya tərəfi bu məsələdə Bakının məqsədəuyğun hesab etdiyi istənilən yardımı göstərməyə hazırdır.

  //Samir Qurbanov, Editor.az