Sergey Lavrov Co Baydenin Ukraynaya səfərini “tamaşa” adlandırdıbackend

Sergey Lavrov Co Baydenin Ukraynaya səfərini “tamaşa” adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Co Baydenin Kiyevə səfərini “tamaşa” adlandırıb.

Editor.az-ın məlumatıa görə, nazir “nasist rejimi”ni xilas etmək cəhdlərinin nəticəsiz qaldığını bildirib: “Bunda nə yenilik var? Bilirsiniz, tamaşa gedir və beləcə davam edir. Keçmiş qərbli həmkarlarımızın nöqteyi-nəzərindən və nasist rejimini xilas etmək baxımından hər şey bu axarda işləyir. Lakin bütün bu cəhdlər əbəsdir”, – Lavrov seyib. Qeyd edək ki, Co Bayden fevralın 20-də Kiyevə elan olunmamış səfər edib.

O, Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb və Ukraynaya 460 milyon dollar yardım elan edib.

  //Samir Qurbanov, Editor.az