Sergey Lavrov Ermənistanı yaxşı-yaxşı fikirləşməyə çağırdıbackend

Sergey Lavrov Ermənistanı yaxşı-yaxşı fikirləşməyə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hazırda zamanın sınağından çıxmış Rusiya ilə müttəfiqlik əməkdaşlığından imtina etməklə, yalnız Qərbin qeyri-müəyyən vədlərinə əsaslanaraq xarici siyasətini Qərbə yönəltməyə çalışır.

Editor.az bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. “Strateji dönüş kursuna haqq qazandırmaq üçün onlar Qarabağın itirilməsi də daxil olmaqla, respublikanın bütün bəlalarına görə Rusiyanı günahlandırmağa çalışırlar. Biz dəfələrlə Rusiyanın narahatlığını açıq şəkildə demişik – indi Ermənistan hakimiyyətinin bir daha qeyri-dost addımları sadalamağın mənası yoxdur, Lavrov bildirib.

Nazir bəyan edib ki, Ermənistan hələ də Rusiya Federasiyasının Cənubi Qafqazda strateji tərəfdaşıdır. O, əmin olduğunu bildirib ki, bütün problemlər müvəqqəti xarakter daşıyır, onları siyasi iradə ilə həll etmək olar. “Məhz Rusiya-Ermənistan əlaqələrinin davamlı və sistemli inkişafı ortaq dəyərlərə və ortaq mədəni koda malik olan dövlətlərimizin xalqlarının fundamental maraqlarına cavab verir.

Ticarət-iqtisadi əlaqələr və sənaye dialoqu təsirli şəkildə inkişaf edir. Bu, iki ölkə arasında münasibətlərin təməli olmaqla yanaşı, həm də Ermənistan iqtisadiyyatının dayanıqlılığı və Ermənistan əhalisinin rifahı üçün ən mühüm yardımdır”, – diplomat qeyd edib. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri izah edib ki, Ermənistanın ÜDM-in artımı baxımından əla göstəricisi daha çox Rusiya Federasiyası ilə əməkdaşlıq və İrəvanın Aİİ-də iştirakı ilə bağlıdır.

//Samir Qurbanov, Editor.az