Sergey Lavrov “G-20”də konfrans iştirakçılarını güldürdübackend

Sergey Lavrov “G-20”də konfrans iştirakçılarını güldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ukrayna ilə bağlı sözləri Nyu Dehlidə keçirilən konfrans iştirakçıları tərəfindən gülüşlə qarşılanıb.

Editor.az xəbər verir ki, “Raisina dialoqu” konfransı zamanı o, “Rusiyanın guya ona qarşı başlatılan müharibəni dayandırmağa çalışdığını” bəyan edib. Onun çıxışı zalda oturanların gur gülüşləri ilə kəsilib.

“Bizim dayandırmağa çalışdığımız və Ukrayna xalqının köməyi ilə bizə qarşı başladılan müharibə, şübhəsiz ki, Rusiyaya, o cümlədən onun enerji siyasətinə təsir edib… buna görəd ə bundan sonra biz Qərbdə heç bir tərəfdaşa arxalanmayacağıq”, – Lavrov bildirib.

//Samir Qurbanov,Editor.az