Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi məsələlərinə həsr olunmuş “3+3” formatında platformanın iştirakçıları nazirlər səviyyəsində yeni təmasları əlaqələndirirlər.
Editor.az bildirir ki, o, bunu cümə günü azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransında deyib. “Bir vaxtlar, demək olar ki, iki il əvvəl Azərbaycan Prezidenti Cənubi Qafqazın üç ölkəsi və onların qonşuları – Rusiya, Türkiyə və İran da daxil olmaqla, 3+ 3 prosesinin formalaşdırılması təşəbbüsü ilə çıxış etmişdi. Bu gün biz artıq nazirlər səviyyəsində həmin görüşün hazırlıqlarına başlamışıq”, – deyə Lavrov bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, “belə təmasların məqsədəuyğunluğu aydın görünür”. İndi bu görüşün keçiriləcəyi tarix və konkret yer razılaşdırılır. Lavrov Rusiya, Ermənistan və Azərbaycanın üçtərəfli görüşünün gündəmdən çıxarılmadığını vurğulayıb. Moskva hələ də bunun platformasına çevrilməyə hazırdır.
//Samir Qurbanov, Editor.az

