Rusiya Xarici İşlər Nazirliyinin saytı xəbər verir ki, Sergey Lavrov İrana işgüzar səfərə gedib.
O, Tehrana iranlı həmkarı Abbas Əraqçinin dəvəti ilə gələcək. Nazirlər yanvarda Rusiya paytaxtında yeni əsas dövlətlərarası sazişin imzalanmasından sonra rəsmi olaraq hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ikitərəfli münasibətləri ətraflı müzakirə edəcəklər.
“Danışıqlar zamanı enerji və nəqliyyat sahələrində əsas birgə layihələrin həyata keçirilməsi kontekstində qarşılıqlı faydalı ticarət-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə xüsusi diqqət yetirilməsi planlaşdırılır” – Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər. Tərəflər həmçinin Suriya, Zaqafqaziya, Əfqanıstan, Yəmən, Fars körfəzi regionunda vəziyyət kimi məsələlər ətrafında fikir mübadiləsi aparacaq, Yaxın Şərq nizamlanması, Xəzər məsələləri və JCPOA ətrafındakı vəziyyəti müzakirə edəcəklər.

