Sergey Lavrov: Moskvanın Ruben Vardanyanla heç bir əlaqəsi yoxdurbackend

Sergey Lavrov: Moskvanın Ruben Vardanyanla heç bir əlaqəsi yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Qarabağ iqtisadi rayonunda Ermənistanın yaratdığı qondarma rejimin qondarma “dövlət naziri” Ruben Vardanyanla Moskvanın heç bir əlaqəsi yoxdur.

Editor.az bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransında deyib. Diplomat vurğulayıb ki, “Vardanyanın Rusiya Federasiyası ilə heç bir əlaqəsi yoxdur.

Bu yaxınlarda onun xahişi ilə prezident sərəncam imzalayıb, o, artıq Rusiya vətəndaşı deyil. Onun Qarabağa gedib orada hansısa siyasi proseslərdə iştirak etməyə başlaması ilə bizim heç bir işimiz olmayıb, yoxdur və olmayacaq”.

  //Samir Qurbanov, Editor.az