“Rusiyanın NATO-nun genişlənməsinin qarşısını almağa çalışarkən, onu sürətləndirdiyi tezisi sizin zəng qülləsindəndir.
Bizdə də belədir: NATO Rusiyanı məhv etmək istəyirdi, amma sonda onu daha da güclü etdi. Gəlin, nəticə çıxarmayaq”.
Editor.az bildirir ki, bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov keçirdiyi mətbuat konfransında deyib. Lavrov əvvəllər qeyd edib ki, ABŞ və NATO Ukraynadakı münaqişədə bilavasitə iştirak edir, silah-sursat verir və hərbçilərə təlim keçir. Diplomat xatırladıb ki, hərbi kadrların hazırlanması Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrin ərazilərində həyata keçirilir. Xatırladaq ki, hələ Ukraynada müharibə başlamazdan əvvəl Rusiya prezidenti Vladimir Putin NATO-nun şərqə doğru “sonsuz” genişlənməsini çox təhlükəli adlandırmışdı.
O qeyd etmişdi ki, Şimali Atlantika Alyansının Ukrayna da daxil olmaqla, postsovet respublikaları hesabına şərqə doğru genişlənməsi Rusiyada ciddi narahatlıq yaradır.
//Samir Qurbanov,Editor.az

