Qərb Ukraynanın ərazi bütövlüyünün pozulmasına görə məsuliyyət daşıyır.
Editor.az bildirir ki, bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun fikrincə, buna sübut Qərb dövlətlərinin Minsk razılaşmalarını yerinə yetirmək istəməməsidir.
Bundan əvvəl isə o, bildirmişdi ki, Rusiya Ukraynadakı hərbi münaqişənin həlli üçün dinc danışıqları bərpa etməyə hazırdır, lakin bu proses “yeni reallıqlar nəzərə alınmaqla” baş tutmalıdır.
Onun sözlərinə görə, danışıqlar və məsləhətləşmələr zamanı dörd yeni rayonun Rusiyaya birləşməsi faktını nəzərə almaq lazımdır, onların ərazi mənsubiyyəti müzakirə oluna bilməz.
//Samir Qurbanov, Editor.az

