Sergey Lavrov: Rusiya prezidentini öldürmək istəyirlərbackend

Sergey Lavrov: Rusiya prezidentini öldürmək istəyirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adları çəkilməyən Pentaqon rəsmiləri faktiki olaraq Kremlin başçısının öldürülməsi ilə nəticələnəcək zərbə ilə hədələyirlər ki, bu da Rusiya prezidentinin fiziki olaraq vəzifəsindən kənarlaşdırılması anlamına gəlir.

Editor.az bildirir ki, bu bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib. Onun sözlərinə görə, Qərbin Rusiyanı cilovlamağa yönəlmiş siyasəti son dərəcə təhlükəlidir və nüvə dövlətlərinin birbaşa silahlı toqquşması riskini daşıyır: “Vaşinqton çox uzağa gedir: orada Pentaqonun bəzi “adı açıqlanmayan rəsmiləri” əslində Kremlə “başı kəsəcək zərbə” vurmaqla hədələyirlər.

Əslində söhbət Rusiya dövlətinin başçısının fiziki olaraq məhv edilməsi təhlükəsindən gedir. Əgər bu cür ideyalar həqiqətən kiminsə ağlına gəlirsə, onlar bu cür planların mümkün nəticələri barədə çox diqqətlə düşünməlidir”, – deyə Lavrov TASS-a müsahibəsində bildirib. O, həmçinin vurğulayıb ki, Ukrayna prezidenti Volodimir Zelenski “NATO ölkələrindən Rusiyaya qarşı qabaqlayıcı nüvə zərbələri tələb etməklə bağlı razılıq alıb”.

Nazir qeyd edib ki, nüvə müharibəsində qalib ola bilməz, “və bu müharibə heç vaxt başlanmamalıdır”: “Biz ABŞ-da və ümumilikdə Qərbdə nüvə silahı mövzusu ətrafında aparılan təbliğat kampaniyasını dərin narahatlıqla izləyirik”, – Sergey Lavrov bildirib. Rusiya XİN rəhbərinin sözlərinə görə, Ukrayna ABŞ və digər NATO üzvlərini Rusiya ilə “baş-başa toqquşmasına” ümid edərək onları silahlı münaqişəyə cəlb etməyə çalışır. Onun sözlərinə görə, Kiyev öz nəzarəti altında olan ərazilərin demilitarizasiyası və denasionalizasiyası tələblərini “düzgün” yerinə yetirməlidir, əks halda Rusiya ordusu məsələni həll edəcək.

  //Samir Qurbanov, Editor.az