Sergey Lavrov Türkiyəyə gedirbackend

Sergey Lavrov Türkiyəyə gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 1-2-də Türkiyəyə gedir. O, Türkiyənin Antalya şəhərində keçiriləcək Diplomatik Forumda iştirak edəcək, Editor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Martın 1-2-də Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə səfər edəcək, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ilə türkiyəli həmkarı arasında problemlərin geniş spektri, ilk növbədə qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri ilə bağlı danışıqların aparılması planlaşdırılır”, – Mariya Zaxarova bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Türkiyə hakimiyyətinin rəsmi nümayəndələri və ilk növbədə türkiyəli həmkarı Hakan Fidanla bir sıra ikitərəfli görüşlər keçirəcək. Qarşıdakı təmasların mövzularına gəlincə, onlar Zaqafqaziyada vəziyyət, Fələstin-İsrail münaqişəsi, Suriya və Liviyadakı vəziyyətə həsr olunacaq. Həmsöhbətlər həmçinin ticarət, bank işi, turizm, enerji və təhlükəsizlik haqqında danışacaqlar. Bundan əlavə, Lavrov və Fidan müxtəlif səviyyələrdə ikitərəfli təmasların cədvəlini hazırlayacaqlar”, – deyə Zaxarova əlavə edib.

//Samir Qurbanov, Editor.az