Sergey Lavrov və Ararat Mirzoyan nələri müzakirə ediblər?backend

Sergey Lavrov və Ararat Mirzoyan nələri müzakirə ediblər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.

Danışıqlar zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, o cümlədən Rusiya ilə Ermənistanın ümumi inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyəti kimi məsələlər qaldırılıb. Bundan əlavə, Lavrov və Mirzoyan ikitərəfli və regional gündəliyin cari məsələlərini müzakirə ediblər.

Xatırladaq ki, son vaxtlar İrəvanda Ermənistanın KTMT-dən çıxa biləcəyi barədə daha çox danışılır. Ermənistan da Aİ-yə namizəd olmaq üçün müraciət etməyi planlaşdırır.

//Samir Qurbanov, Editor.az