Səmərqənddə Rusiya və Ermənistan xarici işlər nazirləri arasında görüş olub.
Editor.az Rusiya XİN-in məlumatına istinadən xəbər verir ki, nazirlər Özbəkistanın Səmərqənd şəhərində MDB Nazirlər Şurasının iclaslarında bir araya gəliblər.
Söhbət zamanı Sergey Lavrov və Ararat Mirzoyan Rusiya-Ermənistan münasibətlərinin aktual aspektlərini nəzərdən keçirib, həmçinin regiondakı vəziyyətlə bağlı məsələləri müzakirə ediblər. “Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illərdə imzalanan sazişlərə uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün istiqamətləri üzrə səylərin intensivləşdirilməsinin vacibliyi qeyd olunub”, – Rusiya Federasiyası Xarici İşlər Nazirliyindən bildiriblər.
Bundan əlavə, nazirlər diplomatik əlaqələri davam etdirmək barədə razılığa gəliblər.
//Samir Qurbanov, Editor.az