Sergey Lavrov və Marko Rubio İstanbul görüşü öncəsi telefon danışığı aparıblarbackend

Sergey Lavrov və Marko Rubio İstanbul görüşü öncəsi telefon danışığı aparıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar planlarını müzakirə etmək üçün telefon danışığı aparıblar.

Dövlət Departamentinin rəhbəri əvvəlcə iyunun 1-də dəmir yolu infrastrukturunda baş vermiş partlayışlar nəticəsində Bryansk və Kursk vilayətlərində mülki əhalinin tələfatı ilə bağlı Rusiya tərəfinə başsağlığı verib: “Sergey Viktoroviç Lavrov və Marko Rubio, Ukrayna böhranının siyasi həlli ilə bağlı müxtəlif təşəbbüslər, o cümlədən bu il iyunun 2-də İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlarının bərpası planları barədə fikir mübadiləsi aparıblar”, – Rusiya Xarici İşlər Nazirliyindən bildirilir.

Xatırladaq ki, rusiyalı müzakirəçilər iyunun 1-də İstanbula gəliblər, Ukraynadan memorandum layihəsini alıblar və öyrəniblər. Nümayəndə heyətlərinin görüşü saat 13:00-a planlaşdırılıb.

//Samir Qurbanov, Editor.az