Sergey Lavrovun Bakıya səfərinin tarixi bəlli oldubackend

Sergey Lavrovun Bakıya səfərinin tarixi bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər nazirinin Bakıya rəsmi səfəri fevralın 27-28-də baş tutacaq. Editor.az bildirir ki, bunu RUSİYA XİN sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, səfər düz bir il əvvəl prezidentlər tərəfindən imzalanmış “Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə”sinin bağlanmasının ildönümünə təsadüf edir. Diplomat qeyd edib ki, Bakıda Sergey Lavrovla Azərbaycan prezidenti İlham Əliyev, eləcə də xarici işlər naziri Ceyhun Bayramov arasında danışıqlar aparılacaq.

Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, Lavrovun çıxışı fevralın 28-də Rusiya-Azərbaycan Ekspert Şurasının plenar iclasında nəzərdə tutulub. O, qeyd edib ki, Lavrov Azərbaycanda Moskva ilə Bakı arasında münasibətlərin bütün aspektlərini, o cümlədən regional və beynəlxalq səviyyələrdə mühüm problemləri müzakirə edəcək, eyni zamanda, Rusiyanın üçtərəfli bəyanatının necə yerinə yetirilməsinə diqqət yetiriləcək. Onun sözləinə görə, Ermənistan-Azərbaycan müharibədən sonrakı normallaşma prosesinin əsasında bu sazişlər dayanır. Diplomat vurğulayıb ki, sənədlərin bütün bəndlərinin həyata keçirilməsi Cənubi Qafqaza sülh və rifahın qaytarılmasına kömək edəcək.

  //Samir Qurbanov, Editor.az