“Sergey Lavrovun Çinə səfəri hər hansı üçüncü ölkəyə qarşı yönəlməyib”backend

“Sergey Lavrovun Çinə səfəri hər hansı üçüncü ölkəyə qarşı yönəlməyib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya xarici işlər naziri Sergey Lavrovun Çinə rəsmi səfəri hər hansı üçüncü ölkəyə qarşı yönəlməyib və yaxın zamanda Alyaskada keçirilən yüksək səviyyəli Çin-Amerika danışıqları ilə heç bir əlaqəsi yoxdur”.

Pravda.az-ın xəbərinə görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunin mətbuat brifinqində deyib.

O qeyd edib ki, Çin ilə Rusiya arasındakı münasibətlərin inkişafı üçüncü ölkələrə qarşı yönəlməyib: “Başqalarından fərqli olaraq biz münasibətləri heç bir məqsəd üçün istifadə etmirik”.

Qeyd edək ki, Rusiya XİN başçısı Sergey Lavrov çinli həmkarı Vanq Yinin dəvəti ilə martın 22-də Çinə iki günlük səfər edib. Səfər Çin XİN başçısı Vanq Yİ və ABŞ dövlət katibi Antoni Blinkenin Alaskadakı görüşündən dərhal sonra baş tutub.