Sergey Lavrovun İrəvan səfəri: Cənubi Qafqazdakı proseslər Moskvanın ürəyincə deyilbackend

Sergey Lavrovun İrəvan səfəri: Cənubi Qafqazdakı proseslər Moskvanın ürəyincə deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 20-də Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Ermənistana iki günlük işgüzar səfərə gəlib.

Səfər zamanı Sergey Lavrov həmkarı Ararat Mirzoyanla görüşəcəkl. Bundan başqa, onun baş nazir Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyanla da danışıqları planlaşdırılır.
Rusiya Xarici İşlər Nazirliyi bu səfərin iki ölkə arasında geniş spektrli əməkdaşlıq məsələlərinin müzakirəsinə həsr olunacağını vurğulayıb. Nazirlik onu da bildirib ki, Lavrov respublika rəhbərləri ilə Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşdırılması barədə danışmaq niyyətindədir.

Yada salaq ki, rusiyalı nazirin respublikanın paytaxtına əvvəlki səfəri 2022-ci ilin yayında baş tutub.

//Samir Qurbanov, Editor.az