Sergey Lavrovun müqayisəsi yəhudiləri qəzəbləndirdibackend

Sergey Lavrovun müqayisəsi yəhudiləri qəzəbləndirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Yəhudi Konqresi (EJC) Rusiya xarici işlər naziri Sergey Lavrovun rusları yəhudilərə, Qərbi isə Hitlerə bənzədən açıqlamasına reaksiya verib.

Editor.az bildirir ki, bu barədə EJC-nin bəyanatında deyilir. EJC prezidenti Ariel Musikant qeyd edib ki, “Nazir Lavrovun demokratik ölkələr koalisiyasının hərəkətləri ilə Hitlerin Holokost zamanı altı milyon yəhudini təqib etməsi və qətlə yetirməsi arasında etdiyi bu biabırçı müqayisə bizi şoka salır və qəzəbləndirir…Bu, Holokostun ən sadə səviyyədə təhrifidir və biz cənab Lavrovu üzr istəməyə və bu şərhləri geri götürməyə çağırırıq”.

Qey dedək ki, çərşənbə günü Lavrov rusları yəhudilərlə, Qərbi isə Hitler və Napoleonla müqayisə etmişdi. Bundan əvvəl isə o, Zelenskini “yəhudi qanı”na görə Hitlerlə müqayisə etmişdi. İsrail Xarici İşlər Nazirliyi Lavrovun sözlərinə kəskin reaksiya verib, Rusiyanın bu ölkədəki səfirini çağıraraq etiraz etmişdi.

//Samir Qurbanov,Editor.az