Sergey Narışkin: hazırda Rusiyanın taleyi həll olunurbackend

Sergey Narışkin: hazırda Rusiyanın taleyi həll olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda Rusiyanın taleyi həll olunur. O, suverenliyin təmin edilməsi məsələlərində heç vaxt geri çəkilməyəcək”.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Təhsil və Elm Nazirliyinin tarix təhsili üzrə ekspert şurasında belə deyib.
Bu barədə Editor.az “RİA Novosti”yə istinadən məlumat verib.
Narışkinin sözlərinə görə, “Rusiya indi həqiqətən tarixi anı yaşayır. Onun taleyi, dünyada gələcək yeri həll olunur. Unutmaq olmaz ki, Rusiyanın inkişafının əsas amili, onun minillik tarixinin özəyi suverenlik – müstəqil, azad və şüurlu şəkildə öz müqəddəratını təyin etmək hüququ olub və olaraq qalır.
…Suverenlik vətəndaşlarımızın rifahının və ləyaqətinin təminatıdır, bu, övladlarımızın gələcəyidir. Belə məsələlərdə Rusiya heç vaxt geri çəkilməyib və geri çəkilməyəcək, çünki əks halda o, Rusiya olmaqdan çıxacaq”, – deyə Narışkin əlavə edib.

Editor.az