Sergey Pritula “Bayrakdar” üçün pul yığır: 1 “Bayraqdar”ın pulu artıq hazırdırbackend

Sergey Pritula “Bayrakdar” üçün pul yığır: 1 “Bayraqdar”ın pulu artıq hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 22-də ukraynalı aparıcı və könüllü Sergey Pritula Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin ehtiyacları üçün üç Bayraktar pilotsuz uçan aparatının alınması üçün vəsait topladığını elan edib.

Bu barədə Editor.az Ukrayna mənbələrinə istinadən xəbər verir. “Hədiyyələrə, dəbdəbəli təbriklərə ehtiyacım yoxdur. Ad günümdə arzuladığım tək şey qələbəmizdir!.. Bayraktarın işinin nəticələrini əks etdirən videoları bəyənməyi dayandırın. Gəlin bu videoların həmmüəllifi olaq!” – Pritula yazıb. Onun sözlərinə görə, üç PUA-nın alınması üçün büdcə 0,5 milyard qrivndən artıqdır. “Ancaq biz həm insanları, həm də biznes nümayəndələrini bir yerə yığsaq, bu məbləği bağlayacağıq. İnanıram ki, bir həftədən sonra üç Bayraktarın alınması üçün lazım olan vəsaiti toplaya biləcəyik. Və fondumuz bu kolleksiyanın təməlini qoyacaq. Artıq verdiyiniz puldan bu layihə üçün 2 milyon dollar ayırmışıq. Lakin daha 13 milyon dollar toplamaq lazım gəlir.

Bu, “Xalq Bayraktarı” layihəsidir. Getdik!” – könüllü bildirib. Pritula daha sonra qeyd edib ki, ukraynalılar ilk dron üçün pul artıq yığılıb qurtarıb. “Birinci “quş ” üçün vəsait var, ikincisi üçün yığım başlayıb. Bütün bunlar cəmi 12 saat ərzində baş verib. Mən sizinlə çox fəxr edirəm. 12 saatda 156 milyon qriven! Üstəgəl 70 milyon qriven, hansı ki, biz onunla bu layihənin təməlini qoyduq”, – deyə aparıcı bildirib.

  Editor.az