Sergey Qayday: Ukraynalı uşaqları Çeçenistana aparıb, onlardan qatil yetişdirirlərbackend

Sergey Qayday: Ukraynalı uşaqları Çeçenistana aparıb, onlardan qatil yetişdirirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ruslar “vətənpərvərlik tərbiyəsi” adı altında Luqansk vilayətindən olan uşaqları kütləvi şəkildə Çeçenistana aparırlar.

Editor.az bildirir ki, bu barədə Luqansk VHA-nın rəhbəri Sergey Qayday telemarafonun efirində deyib. Onun sözlərinə görə, artıq yüzdən çox yeniyetmənin Rusiya Federasiyası ərazisinə deportasiyası halları baş verib. Onlar uşaqların qanunsuz deportasiyasını “təcili olaraq xüsusi tibbi yardıma ehtiyacı var” deməklə ört-basdır edirlər.

Belə ki, Luqansk vilayətinin işğal administrasiyası “2 yaşdan 17 yaşa qədər 15 min uşağın tibbi müayinədən keçdiyini və onların 70 faizinin köməyə ehtiyacı olduğunu” bəyan edib. Qayday vurğulayıb ki, bu uşaqlar orada ukraynalıları öldürəcək qatillər kimi yetişdirilir. “Təəssüf ki, biz hamımız Çeçenistana aparılan yeniyetmələri gördük. Kadırov (Çeçenistan rəhbəri Ramzan Kadırov – red.) çox fəxr edir ki, şəxsən özünün “yetişdirəcəyi” ukraynalıların yeni və gənc nəsli var. Onun bu yeniyetmələri nəyə öyrədəcəyini yaxşı başa düşürük.

Yada salaq ki, 2020-2021-ci illərdə Ukrayna ordusu 21-22 yaşlı oğlanların da olduğu təxribat qruplarını zərərsizləşdirmişdi. O zaman müharibənin 7-ci ili idi… Yəni, bu yeniyetmələrin 2014-cü ildə 14-15 yaşı var idi. Təsəvvür edin, onları o qədər zombiləşdiriblər ki, artıq 21 yaşında öz həmvətənlərini öldürməyə gedirlər. Kadırov indiki müharibə dövründə aparılmış yeniyetmələrimizlə də məhz bunu etməyi planlaşdırır”, – Qayday bildirib.

Qeyd edək ki, hələ noyabr ayında Kadırov özünün Teleqram kanalında məlumat vermişdi ki, ölkənin müxtəlif bölgələrindən “Rusiyanın yeniyetmələri” federal proqramının icrası çərçivəsində ölkənin müxtəlif yerlərindən, o cümlədən işğal olunmuş Luqansk və Donetskdən Çeçenistana 200 yeniyetmə gəlib. Onun sözlərinə görə, “hərbi-vətənpərvərlik tərbiyəsi məqsədilə həmin uşaqlarla profilaktik işlər aparılacaq”.

  //Samir Qurbanov, Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!