Sergey Ryabkov: Rusiya nüvə silahından istifadə edəcək, əgər…backend

Sergey Ryabkov: Rusiya nüvə silahından istifadə edəcək, əgər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ-ı Ukrayna ilə müharibədə münaqişə tərəfi olmaqdan “incə bir xətt” ayırır”.

Editor.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. Onun sözlərinə görə, ABŞ-ı dəfələrlə xəbərdar etmələrinə baxmayaraq, Birləşmiş Ştatlar Kiyevə birbaşa dəstəyin müxtəlif formaları ilə məşğul olur: “ABŞ əslində özünü münaqişə tərəfi adlandırıla biləcək bir mövqeyə qoyub. Lakin bu, həmin “incə xətti” keçərək hər şeyin olduğu kimi qalacağına inanan quduz antirusiya qüvvələrinə bir illüziya kimi xidmət etməməlidir”.

Ryabkov bildirib ki, əgər ölkənin mövcudluğu təhlükə altına düşərsə, Rusiya nüvə silahından istifadə edəcək: “Çünki bu, Rusiya hərbi doktrinasında yazılıb”.

  //Samir,Editor.az