Sergey Şoyqu Aleksandr Lukaşenkonun yanına niyə getmişdi?backend

Sergey Şoyqu Aleksandr Lukaşenkonun yanına niyə getmişdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən həftə Rusiya müdafiə naziri Sergey Şoyqu hərbi texnika və silahların təhvil verilməsi, Belarusun tədris, maddi və infrastruktur bazasından istifadə qaydaları barədə razılığa gəlmək üçün Belarus paytaxtında Aleksandr Lukaşenko ilə görüşüb.

Editor.az bildirir ki, bu barədə Vladimir Zelenski Ofisinin müşaviri Aleksey Arestoviç “Feigin Live”də bildirib. Onun sözlərinə görə, dekabrın 1-də Belarus ordusunda təlim dövrü başlayıb və hərbçilər hazırda Rusiya ordusunun xidmətində olan və övbəti səfərbərliklər zamanı istifadəsi nəzərdə tutulan təlim meydançalarında yerləşiblər. ..Bundan əlavə, Rusiya ordusunda döyüş sursatı, uniforma, hərbi texnika və sair qəti şəkildə çatışmır.

Ona görə də Şoyqu Lukaşenkonun yanına gəlib. Görüş zamanı ilk növbədə təlim-material və infrastruktur bazasından istifadə prosedurunu razılaşdırmaq, ikincisi də silah və hərbi texnikanın ruslara təhvil verilməsi ilə bağlı ortaq məxrəcə gəlmək kimi məsələlər müzakirə edilib.

  //Samir Qurbanov, Editor.az