Hazırda Rusiyanın geosiyasi gələcəyi həll olunur.
Editor.az bildirir ki, bunu Ruiyanın müdafiə naziri Sergey Şoyqu ali hərbi təhsil müəssisələrinin məzunları qarşısında çıxış edərkən bildirib.
Bununla bağlı o, məzunları “peşəkarlıq, maksimum fədakarlıq və məsuliyyətlilik” göstərməyə çağırıb. “Yoldaş zabitlər, siz təliminizi ölkə üçün müstəsna məsuliyyətli bir zamanda, Vətənimizin taleyinin həll olunduğu, onun geosiyasi gələcəyinin müəyyən olunduğu bir vaxtda başa vurmusunuz”, – deyə Şoyqu bildirib.
Müdafiə naziri Rusiyaya qarşı “əsl müharibə”yə başlayan “kollektiv Qərb”in hərəkətlərini xatırladıb. O, diqqətə çatdırıb ki, kadrların hazırlanması və yetişdirilməsi məzunlara həvalə olunub. Şoyqu xüsusi hərbi əməliyyat təcrübəsinin döyüş hazırlığına tətbiqinə çağırıb.
//Samir Qurbanov, Editor.az

