Pentaqonun rəhbəri Lloyd Ostin Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu ilə birbaşa əlaqə saxlamağın zəruriliyini bəyan edib.
Editor.az bildirir ki, o, bunu brifinqdə ABŞ və Çin hərbçiləri arasında dialoqun bərpasını şərh edərkən deyib. Ostinin fikrincə, təkcə “dostlarla danışa bilmək” deyil, həm də “rəqiblərlə danışmaq” lazımdır. Bu kommunikasiya xətlərini açıq saxlamaq vacibdir”.
“Rusiya və Ukrayna ilə bağlı hər şeyin ortasında belə, telefonu götürüb Rusiyanın müdafiə naziri ilə danışmaq imkanım oldu. Və inanıram ki, bu, gələcəkdə böhranın öhdəsindən gəlmək üçün dəstək verməli olduğumuz ən vacib fürsətdir”, – nazir hesab edir.
Qeyd edək ki, Rusiya və ABŞ müdafiə nazirləri sonuncu dəfə martda danışıblar. Daha sonra telefonla Qara dənizdə Amerika PUA-nın düşməsi ilə bağlı hadisəni müzakirə ediblər. Həmin ay Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi — Müdafiə Nazirliyi rəhbərinin birinci müavini Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri Mark Millli arasında da telefon danışığı olmuşdu.
//Samir Qurbanov, Editor.az

